Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Iclasda gündəlikdə duran məsələlər müzakirə olunub:
1.İnstitutda elmi mühazirələrin və xarici dil kurslarının təşkili haqqında (AMEA-nın prezidentinin sərəncamı №123, 15.02.2016).
2. 2016-2017-ci tədris ili üçün magistraturaya qəbul haqqında.
3.AMEA prezidentinin Gənclər mükafatının təsis edilməsi haqqında (AMEA RH-nin 02.03.2016-cı il 5/4 saylı qərarı).
4. AMEA-da elmi işçilərin fəaliyyətinin stimullaşdırılması haqqında (AMEA prezidentinin 04.03.2016-cı il tarixli 153 saylı sərəncamı).
5. 2015-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında (AMEA RH-nin 27.01.2016-cı il 1/24 saylı qərarı).
6. “Hesablama riyaziyyatı və informatika” şöbəsinin böyük elmi işçisi t.ü.f.d. İradə Mirzəzadəyə 3338.01-Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə dosent elmi adın verilməsi.
7. “Qeyri-harmonik analiz və diferensial operatorlar” mövzusunda beynəlxalq seminarın 25-27 may 2016-cı il tarixində keçirilməsi haqqında.
8. AMEA RMİ – Ukrayna MEA Riyaziyyat İnstitutu və Rusiya EA V.A.Steklov ad. Riyaziyyat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilələrin imzalanması haqqında.
9. Cari məsələ.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.