Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.03.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. İbrahim Mayil oğlu Nəbiyev “Sərhəd şərtində spektral parametr olan Dirak operatorunun bərpası” mövzusunda məruzə edəcəkdir.
İşdə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən Dirak operatorunun bərpası haqqında spektral analizin tərs məsələsi tədqiq olunur. Baxılan operatoru birqiymətli təyin edən spektral verilənlər müəyyən edilmiş, tərs məsələnin həlli üçün yeganəlik teoremi isbat edilmiş və bərpa alqoritmi tərtib edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.