Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., professor Qabil Qəribxan oğlu Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının Müxbir Üzvü seçilmiş və Böyük Pyotr ordeni ilə təltif etmişdir


Qabil_Aliyev_immRusiya Federasiyası, Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., professor Qabil Qəribxan oğlu Əliyev
1. a) «Struktur elementləri arasında daxili qarşılıqlı təsirinin mexanika efektini nəzərə alınmaqla kompozit materiallar mexanikasının»,

b) «Fiziki-kimyəvi xassələrinin dəyişilməsi nəzərə alınmaqla polimer və kompozit materiallar mexanikasının»,
c) «Elektromaqnit sahələrinin və maye mühitin kimyəvi dəyişməsinin qarşılıqlı təsiri mexanikasının» xüsusi nəzəriyyələrinin yaradılması;
2. Eyni zamanda yeni yaradılmış nəzəriyyələrinin riyazi aparat, kompyuter modelləşdirməsi üçün ədədi proqramlar paketlərini və strateji məhsulun istehsalat-texnoloji xətlərinin ilk dəfə təklif etdiyini və bununla dünya fizika-riyaziyyat elminə boyük tövhə verdiyini nəzərə alaraq həmin Akademiyanın Müxbir Üzvü seçərək,  Böyük Pyotr ordeni ilə təltif etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Qabil_orden_new Qabil_diplom_2016_newmedal

Faydalı linklər