02/05/2016
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 25-27 may 2016-cı ildə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar keçiriləcəkdir. Seminarın məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi maraqları dairəsində aşağıda göstərilən istiqamətlər üzrə çalışan yerli və əcnəbi ixtisasçıları bir yerə toplamaq, onlar arasında elmi əlaqələr yaratmaq və müştərək tədqiqat işlərinin aparılmasına köməklik etməkdir.
Elmi istiqamətlər:
Yaxınlaşma nəzəriyyəsi
Harmonik və qeyri-harmonik analiz, freymlər
Optimal idarəetmə və diferensial tənliklər
Diferensial operatorlar və spektral nəzəriyyə
Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər
Siqnalların emalı və tətbiqləri
Riyazi modelləşdirmə
“Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminarın açılış mərasimi 25 may 2016-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunun akt zalında olacaqdır.
Seminarın dili Azərbaycan, İngilis və Rus dilləridir. Tezislər seminarın açılışına qədər çap olunacaqdır.
Beynəlxalq seminar haqqında ətraflı məlumatı nhado2016.azjm.org saytından əldə edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.