Alexander von Humboldt Fondu Sofja Kovalevskaya Mükafatı
Hörmətli həmkarlar!
Alexander von Humboldt Fondu Sofja Kovalevskaya Mükafatı ilə birlikdə bütün dünyadan olan perspektivli gənc tədqiqatçılara Almaniyada karyera imkanları təklif edir. Bütün sahələr üzrə xaricdən olan istedadlı gənc tədqiqatçılara Almaniyanın tədqiqat İnstitutlarında öz işçi qruplarını yaratmaq imkanı verilir.
Sofja Kovalevskaja Mükafatı görkəmli istedadları və yaradıcı tədqiqat yanaşmalarını müstəsna şərtlərlə seçir: hər qalibə seçdiyi institutda 5 il müddətinə inzibati qayğılardan azad olaraq innovativ tədqiqat layihəsini həyata keçirmək üçün əhəmiyyətli başlanğıc kapital kimi 1.65 milyon Avro mükafat verir. Əlavə olaraq, kiçik tədqiqat komandasının yaradılması mükafat qaliblərinə erkən mərhələdə perspektivli akademik karyera üçün təməl qoymağa imkan verir.
Bütün sahələr üzrə, öz doktorluq dərəcələrini (PhD) 6 ildən az müddətdə bitirmiş yüksək ixtisaslı istedadlı tədqiqatçılar Sofja Kovalevskaja mükafatına müraciət edə bilərlər. Doktorluq dərəcəsini yeni alan tədqiqatçılar da müraciət edə bilərlər. 6 mükafatın verilməsi nəzərdə tutulur. Müraciətlər 31 iyul 2016-cı il tarixinə qədər təqdim edilməlidir.
Beynəlxalq miqyasda gənc tədqiqatçılar axtarışında bizi dəstəkləyərək bu elanın İnstitutunuzda yayılmasında, əməkdaşlarınızın və istedadlı tədqiqatçıların diqqətinin bu sahəyə cəlb olunmasında göstərdiyiniz köməyə görə Sizə minnətdar olarıq.
Sofja Kovalevskaja Mükafatına müraciət forması haqqında ətraflı məlumatı www.humboldt-foundation.de/skp_en saytından əldə etmək olar.
Əlavə suallar üçün AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinə müraciət edə bilərsiniz.
Əlaqə:
Malahat Qurbanova
Leading specialist of Department on Cooperation with International Organizations
Presidium of Azerbaijan National Academy of Sciences
30 Istagliyyat Str. AZ1001 Baku
Tel:(+994 12) 492 66 51 (office)
E-mail: malahat.qurbanova@mail.ru
qurbanovamalahat@gmail.com
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.