Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 25-27 may 2016-cı ildə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar keçiriləcəkdir. Seminarın məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi maraqları dairəsində aşağıda göstərilən istiqamətlər üzrə çalışan yerli və əcnəbi ixtisasçıları bir yerə toplamaq, onlar arasında elmi əlaqələr yaratmaq və müştərək tədqiqat işlərinin aparılmasına köməklik etməkdir.
Elmi istiqamətlər:
Yaxınlaşma nəzəriyyəsi
Harmonik analiz. Qeyri-harmonik analiz, freymlər
Optimal idarəetmə və diferensial tənliklər
Diferensial operatorlar və spektral nəzəriyyə
Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər
Siqnalların emalı və tətbiqləri
Riyazi modelləşdirmə
“Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminarın açılış mərasimi 25 may 2016-ci il saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər Evi”ndə keçiriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.