Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar öz işinə başlayıb


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminarı açıq elan olundu.
Beynəlxalq Seminarın açılış mərasimi saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər Evi”ndə keçirildi.
Mərasimi giriş sözü ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açdı. O, qonaqlara Odlar Yurdu Azərbaycana gəlmələri münasibəti ilə təşəkkürünü bildirdi. Plenar məruzə edəcək alimləri tədbir iştirakçılarına təqdim etdi.
Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov çıxış edərək qonaqlara bir daha xoş gəldiniz söylədi. O, seminarın riyaziyyat elminə töhfələr verəcəyini əminliklə vurğuladı.
Daha sonra AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, professor Bilal Bilalov çıxış edərək beynəlxalq seminarın bu elmi istiqamətlər – yaxınlaşma nəzəriyyəsi, harmonik analiz, qeyri-harmonik analiz, freymlər , optimal idarəetmə və diferensial tənliklər , diferensial operatorlar və spektral nəzəriyyə ,qeyri-xətti xüsusi törəməli diferensial tənliklər, siqnalların emalı və tətbiqləri, riyazi modelləşdirmə istiqamətləri üzrə çalışan yerli və əcnəbi ixtisasçıların bir yerə toplanmasına, onlar arasında elmi əlaqələrin yaradılmasına və gələcəkdə müştərək tədqiqat işlərinin aparılmasına boyük köməklik edəcəyini bildirdi.Seminarın baş tutmasında Akademiyanın dəstəyini vurğuladı və akademiya rəhbərliyinə təşəkkürünü bildirdi. Bir daha gələn qonaqları salamladı, seminar müddətində onlara uğur və gözəl istirahət arzu etdi.
Seminar açıq elan olunduqdan sonra Danimarka Texniki Universitetinin professoru Ole Kristensen “Recent developments in frame theory and applications” və Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin dekanı, professor Vladimir Çubarikov “Polynomials and Fourier analysis” plenar məruzələri ilə çıxış etdirdilər.
“Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar öz işini AMEA Riyaziyyat və Mexanika İnstitutunda davam etdirir.
Onu da qeyd edək ki, seminar 27 may tarixinədək davam edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.