Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar işini davam etdirir


AMEA Riyaziyyat və Mexanika İnstitutununda keçirilən ““Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminarın bugünkü iclasında Samara Milli Tədqiqat Universitetinin professor Vladislav Sergeyev “Digital Image Processing Based on Recursively Computed Local Features”, Başqordstan Dövlət Universitetinin professoru Azamat Axtyamov “Determination of Beams Boundary Conditions Using Natural Frequencies”, Salerno Universitetinin professoru Sara Monsurro “Riesz Potentials and a Priori Bounds for Elliptic equations”, Moskva Dövlət Universitetinin professoru Leonid Kristkov “Recent Advances in the Study of Spectral Expansions for Singular and Nonlocal Differential Operators” adlı plenar məruzələri ilə çıxış etdilər. Məruzəçilərə çıxış etdikləri mövzular üzrə suallar verildi , kifayət qədər ətraflı cavablar alınaraq geniş fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.