Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar başa çatdı


Beynəlxalq Seminarın bugünki iclasında plenar məruzə ilə “Peoples’ Friendship” Universitetinin professoru Viktor Burenkov “Interpolation Theory for Local Morrey-type Spaces”, Moskva Dövlət Universitetinin professoru Aleksandr Sokolov “On Conservative and Dissipative Discretization of the Euler Equations for Barotropic gas Dynamics” çıxış etdilər.
Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz şöbəsinin” müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Characterizations for the Reisz potential and its commutators on generalized Orticz-Morrey spaces” və “Riyazi fizika tənlikləri” şöbəsinin professoru, f.-r.e.d. Fərman Məmmədov “On a maximum estimate for elliptic equations with discontinuous coefficients” məruzələri ilə çıxış etdilər.
Bununla da, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminarı öz işini müvəfəqiyyətlə başa çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.