“Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Thomson Reuters” agentliyinin “EMERGING SOURCES CITATION INDEX” bazasına daxil edilmişdir
Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyatdan üç elmi jurnal çap olunur. Onların üçü də ingilis dilində çap olunur. Jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən qiymətləndirilir.
Çox sevindirici haldır ki, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Thomson Reuters” agentliyinin “EMERGING SOURCES CITATION INDEX” bazasına daxil edilmişdir.
Ümidvarıq ki, jurnalımız yaxın zamanlarda “Thomson Reuters” bazasının “SCIENCE CITATION INDEX EXPANDED” siyahısına daxil olacaqdır.
Onu da qeyd etmək lazımdır ki, Riyaziyyat və Mexanika İnstitutunda nəşr olunan “AZERBAIJAN JOURNAL OF MATHEMATICS” jurnalı 22.12.2015-ci ildə (altı ay bundan öncə) “Thomson Reuters” agentliyinin “EMERGING SOURCES CITATION INDEX” bazasına daxil edilmişdir.
Altı ay müddətində bir institutdan riyaziyyat üzrə çap olunan iki jurnalın bu bazaya daxil olması Azərbaycan Riyaziyyatçılarının böyük uğuru kimi qiymətləndirilməlidir.
Bu münasibətlə Azərbaycanın bütün riyaziyyatçılarını , jurnalın redaksiya heyyətini təbrik edirik və daha böyük uğurlar arzulayırıq.
daha ətraflı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.