08/09/2016
ABŞ-ın Orta Tennessi ştatının Dövlət Universitetinin Riyaziyyat elmləri departamentinin professoru Yuri A. Melnikov Bakıya ADA universitetinə iki ay müddətinə Riyaziyyatın tətəbiqi məsələləri ilə bağlı mühazirə oxumaq üçün dəvət olunub.
Bu gün professor Yuri Melnikov Riyaziyyat və Mexanika İnstitutunda olub. Professor Yuri Melnikov institutun rəhbərlik və şöbə müdirləri ilə görüşüb. Görüşdə məqsəd əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini dəqiqləşdirməkdən ibarət olub.
Onu da qeyd edək ki, professor Yuri Melnikov sentyabrın 21-də Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında mərüzə ilə çıxış etməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.