Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “RISƏ worldwide”adlı proqramı haqqında


Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “RISƏ worldwide” (https://www.daad.de/rise-worldwide/) adlı proqramı artıq 8 ildir fəaliyyət göstərir və Azərbaycan Milli Elmlər Akademiyası ilk dəfə olaraq bu proqramda iştirak üçün dəvət olunub. AMEA 2017-ci ildə Almaniya Universitətlərində biologiya, kimya, fizika, yer elmləri və mühəndislik sahələri üzrə təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi etmək imkanı əldə edir.
RISE worldwide proqramı Almaniya universitetləri ilə əlaqə yaradılması və mövcud əlaqələrin genişləndirilməsi, hər iki tərəfdən olan gənc mütəxəssislər və tələbələr üçün dil bacarıqlarının möhkəmləndirilməsi, həmçinin, milli mədəniyyət və tarix üzrə biliklərin mübadiləsinə imkan yaradacaqdır.
Proqramda iştirak etmək istəyən Azərbaycan tədqiqatçısı 15 oktyabr 2016-cı il tarixinə qədər layihə təqdim etməlidir. Almaniya tərəfdən uğurlu namizədlər DAAD təqaüd proqramrı tərəfindən maliyyələşdiriləcək.
Proqramla əlaqəli DAAD tərəfindən AMEA-da seminar keçirilməsi planlaşdırılır.
Seminarda iştirak etmək istəyən əməkdaşlar 23 sentyabr 2016-cı il tarixinə qədər RMİ-nun xarici əlaqələr şöbəsinə müraciət edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər