27/09/2016
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalovun “Некоторые вопросы аппроксимации” adlı yeni monoqrafiyası çapdan çıxmışdır.
Monoqrafiyaya approksimasiya və bazislər nəzəriyyəsinin bəzi aspektləri daxil edilmişdir. Sonlu və sonsuz fəza hallarında approksimasiya nəzəriyyəsinin əsas analyış və faktları verilmişdir. Tenzor hasillər, bixətti inikaslar, alt fəzalar və s. istiqamətlərdə bazislərin bəzi ümumiləşmələri daxil edilmişdir. Eləcə də freymlər və həyəcanlanmmış freymlər nəzəriyyəsinin əsas nəzəri aspektləri verilmişdir.
“Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiya 390 səhifədən ibarətdir.
Monoqrafiyadan riyaziyyat ixtisaslı yuxarı kurs tələbələri, doktorantlar, eləcə də yaxınlaşma nəzəriyyəsi, diferensial operatorların spektral nəzəriyyəsi və s. üzrə mütəxəssislər istifadə edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.