Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


12.10.2016-cı il saat 11.20-də «Diferensial tənliklər» şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f.-r.e.n. Telman Benser oğlu Qasımov «SƏRHƏD ŞƏRTLƏRİNƏ SPEKTRAL PARAMETR DAXİL OLAN MÜƏYYƏN SPEKTRAL MƏSƏLƏNİN MƏXSUSİ FUNKSİYALARININ BAZİSLİK XASSƏLƏRİ » mövzusunda məruzə edəcəkdir.
Sərhəd şərtlərinə spektral parametr daxil olan öz-özünə qoşma olmayan ikinci tərtib diferensial operatorlar üçün sektral məsələyə baxılmışdır. Müxtəlif funksional fəzalarda məxsusi funksiyaların bazisliyi haqqında teoremlər isbat edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.