Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmin İnkişafı Fondu və “Thomson Reuters” şirkəti “Web of Science” mükafatları-2016”nı təqdim edib


Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi olub.
“Əsas” və “İnkişaf etməkdə olan” nominasiyaları üzrə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər təltif olunublar. “Ən yaxşı tədqiqat institutu” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika Institutu “Yeni veb elmi jurnal” nominasiyası üzrə isə Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azerbaijan Journal of Mathematics” jurnalı, “Ən yaxşı universitet” nominasiyası üzrə Bakı Dövlət Universiteti mükafatlandırılıb. Digər nominasiyalar üzrə də mükafatlar təqdim olunub.
İnstitutumuzun kollektivini ürəkdən təbrik edir və elmi fəaliyyətdə yeni-yeni uğurlar diləyirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.