Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatorları” mövzusunda seminarı keçirilib


13.01.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatorları” mövzusunda məruzə etmişdir.
Məruzədə Orlic fəzasında kəsr maksimal funksiya və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər