Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çubuğun qızdırılması prosesində bir əks əlaqəli idarəetmə məsələsinin ədədi həlli ” mövzusunda “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib


Bu gün 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru, Vaqif Maarif oğlu Abdullayev « Çubuğun qızdırılması prosesində bir əks əlaqəli idarəetmə məsələsinin ədədi həlli » mövzusunda məruzə edib.
Məruzədə paylanmış parametrli obyektlərdə əks əlaqəli optimal idarəetmə məsələsi nümunəsində obyektin vəziyyətinə nəzarət nöqtələri yerlərinin optimal paylanması məsələsinə baxılır. Konkretlik üçün çubuğun sobada qızdırılması prosesinə baxılır. Sobadakı temteratur çubuğun ölçülmüş nöqtələrdəki temperaturdan asılı olaraq tənzimlənir. Məsələ yüklənmiş parametrik optimal idarəedilməsi məsələsinə gətirilir. Müşahidə nöqtələrinin yerlərinin koordinatlarına və sintez idarəetmə parametrlərinə görə funksionalın qradiyentinin komponentləri üçün düsturlar alınmışdır. Ədədi eksperimentlərin nəticələri verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.