26/01/2017
27.01.2017-ci il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç fəzasında Riss potensialı və onun kommutatorları” mövzusunda məruzə edəcəkdir.
Məruzədə Orlic fəzasında Riss potensialı və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.