31/01/2017
27.01.2017-ci il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç fəzasında Riss potensialı və onun kommutatorları” mövzusunda məruzə etmişdir.
Məruzədə Orliç fəzasında Riss potensialı və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.