08/02/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu:
1. AMEA RMİ-nın magistraturasında ikinci semestr və tədris olunan fənnlər üzrə “Fənn proqramları” və “Dərs cədvəlinin” təsdiqi.
2. AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalovun ezmiyyəti haqqında hesabatı (Türkiyə, İstanbul 17-28 yanvar 2017).
3. Akademik Akif Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı Beynəlxalq konfransın 6-8 dekabr 2017-ci il tarixində keçirilməsi haqqında.
4. Cari məsələ.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.