Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutuna daxil olan “Journal of Symbolic Logic” jurnalı


Riyaziyyat və Mexanika İnstitutu“The Journal of Symbolic Logic” riyazi məntiq və onun tətbiqlərinə aid yüksək keyfiyyəti tədqiqat işlərini dərc edir. Təqdim edilən işlər yeni olmalı və geniş auditoriya üçün maraq kəsb etməlidir. Jurnal əvvəllər heç bir yerdə dərc edilməyən və çapa təqdim edilməyən orjinal məqalələri qəbul edir.
Əvvəllər konfrans materiallarında çap edilmiş məqalələrin tam versiyası da qəbul edilə bilər o şərtlə ki, təqdim edilən məqalə əvvəl dərc edildiyindən daha geniş şəkildə verilir. Bunun üçün müəllif məqaləni jurnala təqdim etdikdə onun əvvəlki versiyadan nə ilə fərqləndiyini izah etməlidir.
Təqdim edilən məqalələr bu jurnalın qaydalarına uyğun olaraq hazırlanmalıdır. Son qərar redaksiya heyəti tərəfindən verilir.
Jurnalın əsası 1936 ildə qoyulub və rüblük çap edilir. 2017-ci ildə çap ediləcək 81-ci cild təqribən 1580 səhifədən ibarətdir.
Bu jurnal The Bulletin of Symbolic Lojic və Review of Symbolic Logic-lə birgə yayımlanır. Bu jurnalların hamısı simvolik məntiqə dair tədqiqat işlərini, riyaziyyatçılar, filosoflar, komputer alimləri dilçilər və bu sahə ilə maraqlanan digər şəxslər arasında ideya mübadiləsini dəstəkləyən və beynəlxalq təşkilat olan Association for Symbolic Logic-in rəsmi orqanlarıdır.
Jurnal Thomson Reuters bazasına daxildir və impakt faktoru 0.51-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər