02/03/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu aşağıda qeyd olunan vəzifələri tutmaq üçün müsabiqə elan edir: “Riyazi analiz” şöbəsi üzrə : baş elmi işçi – 1 ştat vahidi, böyük elmi işçi – 1 ştat vahidi , “Funksional analiz” şöbəsi üzrə : böyük elmi işçi – 1 ştat vahidi, “Qeyri harmonik analiz” şöbəsi üzrə elmi işçi – 2 ştat vahidi , “Diferensial tənliklər” şöbəsi üzrə böyük elmi işçi – 2 ştat vahidi, “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə kiçik elmi işçi – 1 ştat vahidi , “Hesablama riyaziyyatı və informatika” şöbəsi üzrə böyük elmi işçi – 1 ştat vahidi , “Sürüncəklik nəzəriyyəsi” elmi işçi – 1 ştat vahidi , “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi üzrə böyük elmi işçi – 1 ştat vahidi , “Cəbr və riyazi məntiq” şöbəsi üzrə kiçik elmi işçi – 1 ştat vahidi.
Müsabiqədə riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
AZ 1141 Bakı şəhəri, B.Vahabzadə, 9. AMEA Riyaziyyat və Mexanika İnstitutu , V mərtəbə, 509-cu otaq, telefon 539-91-92 .
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.