Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Lövhədə rəqslərin nöqtəvi söndürücülərinin yerləşdirilməsinin optimallaşdırılması və idarəedilməsi” mövzusunda “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “LÖVHƏDƏ RƏQSLƏRİN NÖQTƏVİ SÖNDÜRÜCÜLƏRİNİN YERLƏŞDİRİLMƏSİNİN OPTİMALLAŞDIRILMASI VƏ İDARƏEDİLMƏSİ” mövzusunda məruzə edib.
Məruzədə ikiölçülü nazik lövhədə rəqslərin söndürülməsinin optimal idarəedilməsi məsələsi tədqiq olunmuşdur. Sakitləşmə lövhədə yerləşdirilmiş idarəedici nöqtəvi rəqs söndürücüləri hesabına yerinə yetirilir. Burada nöqtəvi sakitləşdiricilərin yerləşmələri və gücləri optimallaşdırılır. Məsələnin ədədi həll üsulu üçün birinci tərtib optimallaşdırma üsulları tətbiq olunur ki, burada funksionalın alınmış qradientləri istifadə olunur. Ədədi eksperimentlərin nəticələri verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.