AMEA Fizika-Texnika və Riyaziyyat bölməsinin nəzdində “Xəbərlər” jurnalının Mexanika buraxılışının redaksiya heyətinin yığıncağı keçirildi
3 mart 2017-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda AMEA Fizika-Texnika və Riyaziyyat bölməsinin nəzdində “Xəbərlər” jurnalının Mexanika buraxılışının redaksiya heyətinin yığıncağı keçirildi.
Yığıncaqda mexanika sahəsində tanınmış alimlər – jurnalın redaksiya heyəti və həmçinin RMİ-nun direktoru, professor Misir Mərdanov iştirak etmişdir.
Yığıncağı redaksiya heyətinin baş redaktoru, AMEA-nın müxbir üzvi Qeylani Pənahov açaraq, gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasda İnstitutun direktoru, prof. M. Mərdanov çıxış edərək redaksiya heyətini salamladı və jurnalın buraxılışı ilə əlaqədar görülən işlərdə kollektivə müvəffəqiyyətlər arzuladı.
Yığıncağın gedişində jurnalın baş redaktoru AMEA-nın müxbir üzvi Qeylani Pənahov, AMEA-nın akademiki Hətəm Quliyev, prof. Qabil Əliyev, prof. Sabir Quliyev və başqaları çıxış edərək jurnalın buraxılışının artırılması, çap olunan məqalələrin ingilis dilində tərcüməsi səviyyəsinin artırılması, jurnalın üz qabıq dizaynının və buraxılış nömrə formatının dəyişmə mümkünlüyü, Azərbaycan dilində xülasəni və dissertasiya müdafiə olunanların mütləq jurnalda məqalələrin olması və s. haqqında öz fikirlərini söylədilər.
Yığıncaq iştirakçıları, qaldırılan məsələlərlə bərabər Respublikadan və xarici ölkələrdən olan tədqiqatçıların jurnalda dərc olunanlarına cəlb edilməsi üçün şəraitin yaradılması, xaricdən tanınmış alimlərin Riyaziyyat və Mexanika İnstitutuna gəlməsinin təşkili, nəşr olunan məqalələrdə müasir problemlərə fikir vermək, istinadlarda yeni xarici tədqiqatlara və materiallara diqqəti artırmaqla, keyfiyyətinin təmin edilməsi haqqında ümumi fikrə gəldilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.