AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart- “Beynəlxalq Qadınlar Günü” qeyd olundu
Tədbiri giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq, xanım əməkdaşları 8 Mart – “Beynəlxalq Qadınlar Günü” bayramı və yel çərşənbəsi münasibəti ilə təbrik etdi. Xanımlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti və işlərində müvəfəqiyyətlər arzu etdi.
Tədbirdə institutun xanım əməkdaşlarına hədiyyələr təqdim edildi.
8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.