Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


09.03.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, t.e.d. Ramin Rza oğlu Rzayev «QEYRİ-SƏLİS MƏNTİQ TARİXİ RAKURSDA: ƏSAS ANLAYIŞLAR VƏ ƏSASLAR» mövzusunda məruzə edəcəkdir.
Məruzədə insanla adekvat qarşılıqlı davranış etməyə qadir olan real intellektual sistemlərin yaradılması üçün vacib zəmin kimi qeyri-səlis məntiqin baza elementləri və onun riyazi aparatı şərh olunur. Bu istiqamətdə ilk ciddi addım olan 1965-ci ildə «Information and Control» jurnalında dərc olunmuş L.Zadənin “Qeyri-səlis çoxluqlar” adlı məqaləsi məruzədə xüsusi vurğulanır. Qeyd olunur ki, mövcud məqalə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və insanın intellektual davranışının modelləşdirilməsinin əsaslarını qoyub. Bütün bunlar yeni riyazi nəzəriyyənin inkişafına və elmdə yeni sahənin – “Fuzzy Məntiqin” (fuzzy – qeyri-səlis, bulanıq, yumşaq və s.) yaranmasına təkan verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.