Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının ilk iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının tərkibi 03 mart 2017-ci il tarixli 26 №-li əmr ilə təsdiq edilmişdir.

Bu gün təsdiq olunmuş dissertasiya şurasının ilk iclası keçirilib. İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yaranmış dissertasiya şurasının tərkibini təqdim edib və şurada olan sənədlərlə şura üzvlərini məlumatlandırıb.
Sonra Nargül Qurbanova və Nazilə Muradovanın dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələsinə baxılıb və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.