14/03/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. İkinci mühazirə martın 2-si keçirilib.
“Hərəkət çevrilmələri” mövzusunda keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz.
Mühazirə məktəb kursunda öyrənilən hərəkət anlayışına, onun növlərinin əsas xarakteristikalarına, müxtəlif hərəkət növlərinin superpozisayalarına, istənilən hərəkətin bu növlərin superpozisiyası şəklində göstərilə bilməsi haqqında teoremin isbatına və bəzi tətbiqi məsələlərə həsr olunmuşdu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.