Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


16.03.2017-cı il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, t.e.d. Ramin Rza oğlu Rzayev «QEYRİ-SƏLİS MƏNTİQ TARİXİ RAKURSDA: ƏSAS ANLAYIŞLAR VƏ ƏSASLAR» mövzusunda məruzə edəcəkdir.
Məruzədə tarixi verilənlərin pozisiya-binar tərkiblərin qeyri-səlis təhlilinə əsaslanan volatil zaman sıraların yeni proqnozlaşdırma modelləri təqdim olunur. Təklif olunan modellərin prinsipial fərqləndirici xüsusiyyətləri – tarixi verilənlərin fazzifikasiya və/və ya qeyri-səlis proqnozların defazifikasiya qaydalarıdır. Mövcud tədqiqatın kontekstində modellərin adekvatlıq dərəcələrini qiymətləndirmək üçün Hemminq metrikasının tətbiqinə əsaslanan yeni meyar təklif edilmişdir. Əldə olunan nəticələr klassik statistik meyarlarla yanaşı bu meyarın vasitəsi ilə də qiymətləndirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.