Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur


6 mart 2017-ci il tarixdə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən, “Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur.

Müsabiqə aşağıdakı elmi prioritetləri nəzərdə tutur:

  • Həyat elmləri, biotibb sahəsi, farmasevtika, insan sağlamlığının təmin olunması və möhkəmləndirilməsi.
  • Aqrar biotexnologiyaları, torpağın məhsuldarlığı və qida məhsullarının təhlükəsizliyi.
  • Energetik komplekslərin effektivliyinin artırılması, enerji mənbələrinin bərpa olunması, palçıq vulkanı-torpaq sürüşməsi riskinin, zəlzələ fəlakətinin qarşısının qabaqcadan alınması və səviyyəsinin azaldılması məqsədilə seysmik təhlükənin qiymətləndirilməsi modelləri, enerji təhlükəsizliyi (təbii və texnoloji risklər).

Proqram çərçivəsində hazırlanan layihələrin AMEA-da qiymətləndirilməsi məqsədilə 03.04.2017-ci il tarixinə qədər təqdim olunmalıdır. Layihələr UETM-in Azərbaycanda regional nümayəndəsi olan geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayevə göndərilməlidir.

Əlaqə: gulam.babayev@stcu.int

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.