Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun alimləri “Qabaqcıl texnologiyaları Şərqi Avropa Jurnalı”-n (Ukrayna) nəşrlərin ön sıralarında


Riyaziyyat və Mexanika İnstitutunun aparıcı alimləri beynəlxalq ixtisaslaşdırılmış elmi jurnallarda öz elmi nəticələri fəallıqla dərc edilirlər. Ukraynada “Texnoloji mərkəz” nəşriyyatı tərəfindən buraxılan “Восточно-европейский журнал передовых технологий” Institututumuza daxil olmuş minnətdarlıq məktubunda jurnalda dərc edilmiş elmi məqalələrin yüksək səviyyəsinin göstərilməsi onun sübutudur.
Məktubda professor Demin D.A. “Восточно-европейский журнал передовых технологий” jurnalında f.r-e.d., prof. Nazilə Rəsulova («Распространение волн в прямоугольном брусе, подверженном действию ударных касательных сил», Vol 3, No 7(69) (2014) http://journals.uran.ua/eejet/article/view/24816/22748), professor Lətif Talıblının dərc olunmuş elmi məqaləsinə (Vol 6, No 11(72) (2014): «Об одной универсальной функции коррозионной прочности материалов с учетом влияния механических напряжений и концентрации диффундирующих веществ»: http://journals.uran.ua/eejet/article/view/32414/30509); və f.r-e.d., prof. Vaqif Hacıyev tərəfindən çap edilmiş «Поперечное колебание прямого участка неоднородного трубопровода на двухконстантном основании» Vol. 6, No 7(72) (2014) http://journals.uran.ua/eejet/article/view/31195/30816 tərəfindən çap olunmuş məqalələrə görə təşəkkürünü bildirib.
Şirkətin direktoru Prof. Demin D.A. öz məktubunda əməkdaşlıq üçün elmmetriya və elmi nəşrlərin reytinqini müəyyən etməsinə həsr olunmuş Azərbaycanın elmi jurnalların redaksiya heyəti üçün seminarın keçirilməsi; alimlər üçün seminar – elmi əsərlərin müəllifləri üçün, Scopus və Web of Science indeksləşdirilmış nüfuzlu jurnallar üçün elmi məqalələrin hazırlanması texnologiyasına həsr olunmuş seminarın keçirilməsi; vebometrik kriteriyalar üzrə elmi müəssisələrin reytinqini müəyyən etmək xüsusiyyətlərinə həsr olunmuş AMEA-nın elmi müəssisələri və universitetlərin rəhbərləri üçün seminarın keçirilməsi təklif etmişdir.

Məktub linkdə>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər