Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Ramiz Aslanov konfranslarda iştrak üçün dəvət alıb


AMEA RMİ-nin “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, professor Ramiz Mütəllim oğlu Aslanov aşağdakı konfranslarda iştrak üçün dəvət almışdı:
1. Tolyatti Dövlət Universitetində keçirilən riyaziyyatçı K.F. Qaussun anadan olmasının 240-illiyinə həsr edilmiş “Riyaziyyat. Təhsil. Mədəniyyət” adlı 8-cı beynəlxalq elmi konfransa dəvət almışdı (təşkilat komitəsinin üzvü , plenar iclasda dəvətli məruzəçi və maqistr və aspirantların elmi-tədqiqat işlərinə həsr olunmuş müsabiqəsinin jüri heyətinin üzvü ), 26-30 aprel, 2017, Tolyatti şəhəri (Rusiya)
2. M.Tank adına Belorusiya Dövlət Pedaqoji Universitetində keçirilən “Fizikia-riyaziyyat təhsili: məqsəd, nailiyyət və perspektivlər” adlı Beynəlxalq elmi-praktiki konfransa dəvət almışdı (plenar iclasda dəvətli məruzəçi), 10-13 may, 2017, Minsk şəhəri (Belorusiya)
3. XIV-cü “Kolmoqorovskiya çteniya” Beynəlxalq elmi konfrans(təşkilat komitəsinin üzvü və dəvətli məruzəçi), may, 2017, Yaroslavl-Koryajme şəhəri (Rusiya)
4. N.İ. Lobaçevski ilinə həsr edilmiş Kazan Federal Universitetində keçirilən Riyaziyyat təhsil üzrə Beynəlxalq forum , 18-22 oktyabr , 2017, Kazan şəhəri Rusiya (forumun elm komitəsinin üzvü, dəvətli məruzəçi)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər