Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək


Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın keçirilmə tarixi: 25-26 may 2017-ci il
Yeri: Sumqayıt Dövlət Universiteti
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
1.Funksional analiz və funksiyalar nəzəriyyəsi;
2.Diferensial tənliklər və riyazi fizika;
3.Optimallaşdırma və optimal idarəetmə;
4.Riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri.
İştirak forması: əyani, qiyabi
Məruzəçi tərəfindən ödəniş tələb olunmur.
Tezislərin tərtibatına qoyulan tələblər:
1.Məruzənin adı iri hərflərlə çap olunmalıdır.
2.Müəllifin adı, soyadı, atasının adı və iş yeri göstərilməlidir.
3.Tezislərin həcmi 1-2 səhifə (A4 formatında).
4.Tezislərin mətni Times New Roman şrift pt 12ilə hər tərəfdən 20 mm saxlanılmaqla 1,5 intervalla yığılır.
Tezislərin qəbulu: 2017-ci ilin may ayının 15-dək.
Konfransın işçi dilləri –Azərbaycan, rus, ingilis
Tezislər sdu.riyaziyyat@gmail.com elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur.
Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti, 43-cü məhəllə, Bakı küçəsi 1. Riyaziyyat fakültəsi.
Əlaqə telefonu: +994 18 6448532

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.