Unudulmaz faciə – 31 MART SOYQIRIMI

Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, qüssə və fəlakətinin əzəməti ilə unudulmaz.
31 mart qüssə və fəlakətinin əzəməti ilə unudulmaz günlərdəndir. 1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaq öldürülüb. Mart soyqırımı paytaxtda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə görə, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. Azərbaycan Respublıkasının Ümummilli lideri Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tarix heç zaman unudulmur. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.