Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Misir Mərdanov və professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq konfransa plenar məruzə etmək üçün dəvət olunublar


AMEA Riyaziyyat və Mexanika İnstitututnun direktoru, fizika–riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 tarixlərində Rusiya Federasiyasının Elm Təhsil Nazirliyinin Tolyatti Dövlət Universitetinin nəznində keçiriləcək “Riyaziyyat. Təhsil. Mədəniyyət” (K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VII Beynəlxalq konfransa plenar məruzə etmək üçün dəvət olunublar. Professor Misir Mərdanova gələn dəvət məktubu  linkdə >> , professor Ramiz Aslanova gələn dəvət məktubu ilə linkdə>> tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.