07/04/2017
14 aprel 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Nargül Kamandar qızı Qurbanovanın “Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisası üzrə və Nazilə Lətif qızı Muradovanın “Hilbert fəzasında bəzi qeyri-tipik operator-diferensial tənliklərin korrekt həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyalarının müdafiələri AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında keçiriləcək.
Dissertasiyaların avtoreferatları ilə tanış olmaq üçün linkə keçid edin:
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.