Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində ilk seminar YouTube kanalımızda


1-ci-seminarAMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Keçirilən dörd elmi-populyar mühazirədən sonra Gənc Riyaziyyatçılar Məktəbinin “Birləşmələr nəzəriyyəsinin elmentləri” mövzusunda ilk seminarı keçirilib. Keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz.

Seminarda 3-cü və 4-cü mühazirədə təklif olunan məsələlərin həlli araşdırılıb. Məsələlərin həllində şagirdlər aktiv iştirak ediblər.
Seminarı Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.