Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Evklid və onun “Başlanğıclar” əsəri


Evklid b.e.ə. III əsrdə yaşamış qədim yunan alimidir. Onun haqqında tarixdə az məlumat qalmışdır. Evklidin elmə çox böyük xidməti olmuşdur. O, Həndəsədən o vaxtlar məlum olan faktları toplamış, sistemə salmış və yeni faktlarla zənginləşdirmişdir. Bu elmi fəaliyyət öz əksini onun yazdığı “Başlanğıclar” əsərində tapmışdır. Evklidin bu əsərində Həndəsə o qədər mükəmməl qurulmuşdur ki, 2000 il ərzində o, Həndəsənin ensiklopediyası olmuşdur. Evklidin B. əsəri 13 kitabdan ibarətdir. Bu əsərdə yunan və qədim Misir riyaziyyatçıalrının o perioddakı tədqiqatları sistemli şəkildə ifadə olunmuşdur. Tədqiqatlar riytaziyyatın müxtəlif sahələrini: elementar həndəsəni, ədədlər nəzəriyyəsini, cəbri, həndəsi kəmiyyətlərin ölçü nəzriyyəsini, limitlər nəzəriyyəsinin elementlərini əhatə edirdi.
Evklidin B. əsəri həndəsənin deduktiv üsulla qurulmasına aid çox yaxşı nümunədir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.