17/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Nargül Kamandar qızı Qurbanova və Nazilə Lətif qızı Muradova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər.
Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Nargül Qurbanovanın “Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisası üzrə və Nazilə Muradovanın “Hilbert fəzasında bəzi qeyri-tipik operator-diferensial tənliklərin korrekt həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların müdafiələri keçirilib.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.