19/04/2017
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulması üsullarından biridir. Aksiomatik üsul dünyanı dərk etməyin çox mühüm vasitələrindən biridir. Müasir riyaziyyatın bir çox sahələri, nəzəri mexanika, fizikanın bəzi sahələri aksiomatik üsulla qurulmuşdur.
Bu üsulda verilmiş elm sahəsinin bəzi obyektləri tərifsiz qəbul olunur və onların xassələri aksiomlarda ifadə olunur. Sonrakı anlayışlar təriflərin köməyi ilə daxil edilir. Bu təriflərdə məlum anlayışlardan (tərifsiz və ya tərifi olan) istifadə olunur. Aksiomatik üsul qurulan elmi nəzəriyyənin öyrəndiyi obyektlər arasındakı münasibətlər aksiomlar və teoremlərin köməyi ilə ifadə olunur. Aksiomların doğruluğu qəbul olunur. Teoremlərin doğruluğu aksiomlardan və ya əvvəl isbat olunmuş teoremlərdən formal-məntiqi yolla alınır. (isbat olunur). Hər hansı elmi nəzəriyyənin aksiomatik üsul qurulması deduktiv üsul adlanır.
Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.