Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 6-ci mühazirə YouTube kanalımızda


“Elm və təhsilin inteqrasiyası”AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
6-cı mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusunda çıxış edib. Keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz.

Mühazirədə populyar dildə Koşi-Bunyakovski bərabərsizliyi isbat edilib, ədədi, həndəsi və harmonik ortalar arasında münasibətlər əldə edilib və müxtəlif tətbiqi məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.