25/04/2017
Ferma Pyer (1601-1665) Fransız riyaziyyatçısı, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi). Ondan yalnız dostlarına yazdığı məktublar qalmışdır. Lakin bu məktublarda riyaziyyata aid faktlar Fermanı Fransanın ən böyük riyaziyyatçılarından birinə çevirir. P.Ferma və B. Paskalın bir-birinə, yazdıqları məktublardakı faktlar Ehtimal nəzəriyyəsinin inkişaf tarixinin başlanğıcıdır.
Fermanın əyriyə toxunan düz xəttin qurulmasına, əyrixətli trapesiyanın sahəsinin tapılmasına, əyrinin uzunluğunun hesablanmasına tətbiq etdiyi, üsullar diferenesial və inteqral hesabının yaradılmasına yol açdı. Bunlara baxmayaraq, Fermanı məhşurlaşdıran onun ədədlər nəzəriyyəsinə aid işləri olmuşdur. Fermanı həlli olmayan məsələlər daha çox maraqlandırırdı. Onun ən məhşur “mümkünsüzlük” haqqında təklifi Fermanın böyük teoremidir .
Fermanın işləri ilə yeni elm sahəsinin – ədədlər nəzəriyyəsinin inkişafında mühüm rol oynamışdır.
Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.