Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fermanın böyük teoremi


Fermanın böyük teoremi-Fransız riyaziyyatçısı P.Ferma tərəfindən irəli sürülən belə bir təklif “xn+yn=zn” (n, 2-dən böyük tam ədəddir) tənliyinin müsbət tam ədədlər çoxluğunda həlli yoxdur. Bu təklifi Pyer Ferma Diofantın “Hesab” kitabının səhifəsinin boş sahələrində yazmışdır. Təklifdən sonra P.Ferma yazır ki, bu təklifin çox heyrətamiz isbatı onun ağlına gəlib, səhifədə yer olmadığı üçün o bu isbatı yazmır.
Bu təklif Fermadan sonra, uzun müddət (300 ildən artıq) isbat oluna bilməmişdir. Nəhayət, 1997-ci ildə Fermanın böyük teoremi, böyük ingilis alimi Endryu Uaylş tərəfindən isbat edildi. İsbat 150 səhifədən ibarətdir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər