27/04/2017
Fermanın kiçik teoremi – natural ədədlərin bölünməsi nəzəriyəsində ən fundamental faktlardan biridir. Teoremin ifadəsi belədir: Əgər p sadə ədəddirsə, a ədədi p-yə bölünməyən natural ədəd olarsa, onda ap-1 ədədi p-yə bölünəndə qalıqda 1 qalır.
Teoremi başqa cür belə ifadə etmək olar: “Əgər p sadə ədəd, a ixtiyari natural ədəddirsə, (ap-a) ədədi p-yə bölünür.”
Ferma bu teoremin isbatını saxlamamışdır. Teoremi ilk dəfə L. Eyler isbat etmişdir.
Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.