Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 7-ci mühazirə YouTube kanalımızda


AMEA Riyaziyyat və Mexanika İnstitutuAMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Gənc Riyaziyyatçılar Məktəbi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirib.
Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev çıxış edib.
Mühazirədə Dirixle, yaxud Göyərçin qəfəsləri prinsipi və onun müxtəlif ifadə formaları haqqında populyar dildə şərh edilib və bu prinsipin ədədlər nəzəriyyəsinin, həndəsənin və kombinatorikanın çeşidli məsələlərinin həllinə tətbiqi göstərilib.  Keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.