01/05/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2016 hesabat ili müddətində Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş prioritet istiqamətlər proqramına uyğun olaraq 17 mövzu və 105 iş üzrə (78-i riyaziyyat, 27 isə mexanika olmaqla) tədqiqat aparılmışdır. İnstitutunda elmi-tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə (5-i riyaziyyat, 1-i mexanika olmaqla) 6 istiqaməti əhatə edir.
Hesabat ilində altı elmi iş mühüm nəticə kimi qəbul edilmişdir: 1. “Ridge funksiyalarla göstərilişin hamarlığı”. İcraçı: r.e.d., dos. Vüqar İsmayılov. İş çap olunub: Rashid A. Aliev, Vugar E. Ismailov “On a smoothness problem in ridge function representation” Advances in Applied Mathematics, 73 (2016), pp. 154-169, (IF=0.885). 2. Sonlu parçada üç tərtibli operator tənlik üçün bir sinif sərhəd məsələsinin həll olunması”. İcraçı: f-r.e.d., prof. Sabir Mirzəyev. İş çap olunub: Sabir S. Mirzoyev, Saadat B. Heydarova “On a boundary-value problem for third order operator-differential equations on a finite interval” Applied Mathematical Sciences, vol. 10, 2016, No. 11, pp. 543-548 (IF=0.853). 3.“Müntəzəm fəzalarda statistik tip yığılmalar haqqında” İcraçılar: AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov, Tubu Nəzərova. İş çap olunub: B.T. Bilalov and T.Y. Nazarova “On statistical type convergences in uniform spaces” Bulletin of the Iranian Mathematical Society, vol. 42 (2016), no. 4, pp. 975-986 (IF=0.325). 4. “İdarəedicidə gecikmə olan dinamik sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün zəruri şərtlər”. İcraçılar: f-r.e.d., prof. Misir Mərdanov, f-r.e.d., prof. Telman Məlikov. İş çap olunub: Misir J. Mardanov, Telman K. Melikov “Analogue of the Kelly condition for optimal systems with retarded control”. International Journal of Control, 01/ August, 2016, pages 1-9 (IF = 1.880) . 5. “Bir sinif potensial tipli subxətti operator və onun komutatorunun ümumiləşmiş sıfırlanan Orlıç-Morri fəzalarında məhdudluğu”. İçraçı: AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev. İş çap olunub: Vagif S. Guliyev, Fatih Deringoz, Sabir G. Hasanov, “Characterizations for the Riesz potential and its commutators on generalized Orlicz-Morrey spaces”, Journal of Inequalities and Applications, (2016) 2016:248 (IF=0.6306). 6. “Heterogen maye axınlarında sərhəd qatların qeyri-stasionar proseslərə təsirlərinin tədqiqi”. İcraçılar: AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov, t.e.n., dos. Eldar Abbasov. İş çap olunub: Гейлани М. Панахов, Элдар М. Аббасов “Реологические свойства структурообразующих дисперсных систем” Нефтегазовое дело, Т. 2, № 14, 2016. –с. 133-140. РИНЦ.
AMEA RMİ-də “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar (Workshop) keçirilmiş, 9 plenar məruzə dinlənmişdir.
Riyaziyyat və Mexanika İnstitutunda 357 elmi iş çap olunmuşdur. Bunlardan 208-i məqalə (68-i Thomson Reutersin impakt faktorlu jurnallarında), 120 tezis (42-si xaricdə), 7 monoqrafiya (4-ü xaricdə), 6 dərs vəsaiti və dərslik, 16 elmi populyar nəşr çap edilmişdir. Əməkdaşların məqalələrinə 953 isnad olmuşdur.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Proceedings” jurnalı , Azərbaycan Riyaziyyat Cəmiyyətinin Riyaziyyat və Mexanika İnstitutunda çap olunan “Azerbaijan Journal of Mathematics” jurnalı Thomson Reuters agentliyinin “Emerging Sources Citation İndex” (ESCİ) bazasına daxil edilmişdir. AMEA Riyaziyyat və Mexanika İnstitutu 25 yanvar 2016-cı il tarixində Elsevier Scopus agentliyinin keçirdiyi “Ən yüksək elmi tədqiqatlara” (Research Excellence Award Winner) görə müsabiqənin qalibi olmuşdur.
Hesabat ilində elmi kadrların hazırlanması istiqaməti üzrə RMİ-da D 01.111 dissertasiya şurasında 5-i elmlər doktoru və 10-u fəsəfə doktoru olmaqla 15 nəfər müdafiə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.