Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq konfransa plenar məruzə ilə çıxış edib


AMEA Riyaziyyat və Mexanika İnstitutun “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştrak edib.
Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mardanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 tarixlərində Rusiya Federasiyasının Elmi Təhsil Nazirliyinin Tolyatti Dövlət Universitetinin nəznində keçirilən “Riyaziyyat. Təhsil. Mədəniyyət.” (K.F.Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfransa plenar məruzə etmək üçün rəsmi dəvət olunmuşdular.
Konfransda professor Ramiz Aslanov “Muasir riyaziyyatın inkişafında Karl Fridrix Gaussun elmi irsi (anadan olmasının 240 illiyinə həsr olunub)” plenar məruzə ilə çıxış edib.
Professor Ramiz Aslanov “Riyaziyyat. Təhsil. Mədəniyyət.” (K.F.Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfrans çərçivəsində aspirantların və tələbələrin “Mənim namizədlik dissertasiyam (elmi işim)” adlı konkursunda jüri heyətində iştrak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.