Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.12.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun diferensial tənliklər şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev «Dəyişən əmsallı Businesk tənliyi üçün dəqiq sərhəd idarəetməsi» mövzusunda məruzə edəcəkdir.
Məruzədə dəyişən fiziki parametrli Busineks tənliyi üçün dəqiq sərhəd idarəetməsi haqqında danışılacaqdır. Zamanın ixtiyari anında xətti məsələnin dəqiq idarə olunması göstəriləcəkdir. Tətbiq olunan əsas yanaşma uyğun xətti məsələnin spektral analizinə və momentlər üsuluna əsaslanır. Bundan başqa qeyri-xətti məsələnin lokal dəqiq idarə olunması müəyyənləşdiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər