Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (IV hissə)


Müəllimlər və şagirdlər.  Müdərris Rəzəvi Nəsirəddin Tusinin müəllimləri arasında aşağıdakı böyük alimlərin adını çəkir:

-Mühəmməd ibn Mühəmməd ibn Əli əl-Həmədani əl-Qəzvini (Şeyx Bürhanəddin) – N.Tusi hədis elmini ondan öyrənmişdir;

-Nəsirəddin Əbu Talib – ehtimal var ki, N.Tusinin atasının dayı­sıdır, şiə məzhəbinin böyük alimlərindəndir;

-Nurəddin Əli ibn Əbu Mənsur Mühəmməd əş-Şiə – böyük hədis bilicilərindən hesab edilir;

-Şeyx Müinəddin Misri  – şiə fiqh elminin böyük nümayəndələrindən hesab edilir və ədibdir;

– Qütbəddin Misri – N.Tusi ondan tibb və fəlsəfəni öyrənib, o isə öz növbəsində Fəxrəddin Razidən dərs alıb, şafei məzhəbindəndir;

– Şeyx Əbüssəadət (Əsəd ibn Əbdülqahir ibn Əsəd əl-İsfahani)- Tusi ilə yanaşı Şeyx Meysəm Bəhrani və Seyyid Rəziəddin ibn Tavus da onun şagirdlərindən hesab edilirlər;

– Fəridəddin Damad – fəlsəfə, məntiq, ilahiyyat, tibb sahəsində dövrünün böyük alimlərindən hesab edilib;

– Kəmaləddin ibn Yunis Mosuli – ensiklopedik alim, cəbr, hən­də­sə, astronomiya, musiqi sahəsində görkəmli alim hesab edil­miş­dir. Şafei məzhəbindəndir. N.Tusinin müasiri olan, özünün bir neçə əsərində, o cümlədən “Təcrid əl-məntiq” əsərində də adı çəkilən Əbhə­ri də  Kəmaləddin ibn Yunis Mosulinin yanın­da “əl-Məcəst”­ini öyrənmişdir.

 N.Tusi özündən sonra təkcə böyük elmi irs deyil, həmçinin görkəmli nüma­yəndələri olan çox böyük elmi məktəb də qoyub getmişdir. Aşağıdakı adlar bunlardan yalnız kiçik bir hissədir:

– Əllamə Hilli (Əbu Mənsur ibn Yusif ibn Əli ibn Mütəhhər) – 1325-ci ildə vəfat edib. Şiə məz­həbinin ən  böyük alimlərindən hesab edilir. Ayətullah ləqəbinə layiq görülmüş ilk şəxsdir. N.Tu­si­nin fəlsəfi “Təcrid əl- etiqad”, məntiq sahəsində isə “Təc­rid əl-mən­tiq” əsərlərinin ən məşhur şərhçisidir;

– Qütbəddin Şirazi (Əbüssəna Mahmud ibn Mə­sud ibn Müsli­həd­din (Əllamə Şirazi)) – 1311-ci ildə vəfat edib. N.Tusidən astro­­no­miya, riyaziyyat və tibb sahəsində  dərs almışdır;

– Əbu Mühəmməd Rza ibn Fəx­rəddin Mühəmməd ibn Rəziəd­din, Əbülfəzail Həsən ibn Mühəmməd ibn Şərəfşah Ələvi Astra­badi, Kəmaləddin Bağdadi, İmadəddin Bağdadi kimi bö­yük alimlər də N.Tusidən dərs almışlar.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər