Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (XI hissə)


Nisbət və ədəd. “Cami əl-hesab bit-təxt vət-turab” traktatının ([17]) kəsrlərə həsr edilmiş ikinci hissəsinin birinci fəslinin ilk müddəasında ədəd haqqında NəsirəddinTusi söyləyir: “Ədəd vahidə və ya vahidlərdən düzələn topluya ya mütləq olaraq, ya da vahid fərz olunan bir topluya mənsub edilərək götürülən kəmiyyətə deyilir”. Göründüyü kimi, N.Tusi vahidi ədəd saymışdır.

Nisbət və ədəd anlayışları arasında münasibət və həmçinin Tusinin ədəd anlayışına ikinci baxışı adətən onun “Şəkl əl-qit’a” əsərinin birinci kitabının birinci tək-lifinin isbatında istifadə etdiyi bir məqama əsaslanır. Tərcümədə isbat prosesində aşağıdakı məqamla rastlaşırıq: “…Buna görə də bu nisbətlərdən hər biri vahidlə ölçülən ədəd adlandırıla bilər. Necə ki, həmçinin nisbətin ilk həddi sonrakı hədd ilə ölçülür. …”. Buradan belə qənaətə gəlmək olar ki, Nəsirəddin Tusi öndəki mülahizələrə əsasən nisbətin ədəd adlandırıla bilməsi fikrini söyləyir. Ancaq orijinalda bu tamamilə başqa cür səslənir: “Bu ona görə belədir ki, nisbətin ilkin həd¬di sonrakı həddi ilə olcüldüyü kimi, hər bir nisbət vahidlə ölçülən ədəd adlandırıla bilər.” Başqa sözlə, Tusi heç də tərcümədə olduğu kimi baxılan təklifə əsaslanmaqla deyil, əksinə, bu təklifdən öncə, aprioiri nisbətin ədəd adlandırlmasının mümkün¬lüyü¬nü söyləyir və bundan istifadə edərək mürəkkəb nisbətlər haqqında təklifi isbat edir.

Elmlərin əsaslanması ilə bağlı baxışlar. Nəsirəddin Tusi və digər orta əsr alimlərinin riyazi baxışlarının öyrənilməsi onların fəlsəfi və məntiqi irsini araşdırmadan, paralellər aparmadan qənaətbəxş hesab edilə bilməz. Bunun nə dərəcədə züruri olduğunu başa düşmək üçün iki misala baxaq.
Nəsirəddin Tusinin “Paralel düz xətlər haqqında şübhələrin aradan götürülməsi haqqında traktat” əsərinin rus dilinə tərcüməsində [15] Evklidin paralel düz xətlərlə bağlı postulata aid hissəsində aşağıdakı təkliflə rastlaşırıq: «Но если бы эта предпосылка принадлежала к шести принципам, то почему он не привел ее вместе с родственными ей утверждениями, как он говорил вещи равные одной вещи, равны», «целое больше части» и так далее….». N.Tusinin bu müddəasını tərcüməçi və şərhçi aşağıdakı kimi şərh edirlər: «Шесть принципов – общие понятия (аксиомы) Евклида, см. «Начала» т.1 стр.15; вероятнее всего, что имеются в виду аксиомы 1, 2, 3, 7, 8 и 9 русского перевода; аксиомы, приведенные Н.Туси – аксиомы 1 и 8». Ancaq N.Tusinin məntiqi irsinin araşdırılması bunun heç də belə olmadığını göstərir. “Təcrid əl-Məntiq” əsərinin “Apodiktika” adlanan beşinci fəslinin 281-286-cı müddəalarında elmin prinsipləri haqqında aşağıdakılar söylənir: “Onun [apodiktik isbatın] qəbul edilməsi vacib olan başlanğıcları (prinsipləri) altıdır:

a) ilkinlər – tamın hissədən böyük olması kimi;

b) hissi olanlar. Bəzən zahiri olurlar – günəşin işıq saçması kimi; ya da gizlin (batini – daxili) – bizə fikrin xas olması kimi;

c) təcrübi olanlar – Səqmuniyyənin (dərman bitkisidir) sarılığı yüngülləşdirməsi kimi;

d) mütavatir olanlar (dəfələrlə təkrarlanan bilgilər) – Məkkənin mövcud olması haqqında bilgi kimi;

e) intuitiv – ayın günəşdən nurlandığı haqqında bilgi kimi. Belə ki, müşahidəçi bunu yalnız onun (ayın) ondan (günəşdən) yerləşməsinə nəzərən təşəkkülündəki (formalarındakı) müxtəlifliklərlə intuisiya edir;

f) fitri sillogistik hökmlər – ikinin dördün yarısına bəra­bər ol­ma­sı kimi. Son ikisi başlanğıclardan (prinsiplərdən) de­yildir. Bəl­kə onlardan öndə gələn ikisi də. Ümdəsi isə il­kin­lərdir” ([11] , səh. 103).

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

[13] Əllamə Hilli. “Kəşf əl-murad fi şərh “Təcrid əl-etiqad”” (العلامة الحلّى. كشف المراد في شرح تجريد الاعتقاد). Qum – 2006, 480 s.

[14] Mürtəza Mütəhhəri. İslam elmləri ilə tanışlıq (farscadan tərcümə). Bakı, Mirasnəşr, 2011, 400s.

[15] Туси Н. Трактат, исцеляющий сомнение по поводу параллельных линий (Пере­вод с арабского Б. А. Розенфельда), ИМИ-1960, вып. VIII, с. 483-532.

[16] N.Tusi. Təhrir üsul Uqlidis fi ilm əl-həndəsə. (Tehran nüsxəsi 1881, 210 s.).

[17] Tusi N. Tozlu lövhənin köməyi ilə hesab toplusu (ərəb dilindən tərcümə Əmi­r­əh­mədov Ə.Ə., Məmmədov E.M.) Bakı-2008, 168 s.

[18] Гегель. Энциклопедия философских наук. Том 1. Наука логики. Москва, Мысль – 1974 г., 454 с.

[19] Ибн ал-Араби. Мекканские откровения (ал-Футухат ал-маккийя). Введение, перевод с арабского и библиография А.Д. Кныш. Санкт Петербург, 288 с.

 Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər